Sosial təminat sisteminin mütəmadi gücləndirilməsi, sosial ödənişlərdə ardıcıl artım dinamikası pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə ayrılan vəsaitlərin ötən il də əhəmiyyətli artması ilə nəticələnib.
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı yardımlar üzrə əhaliyə 8 mlrd. 846 mln. manat ödənilib ki, bu da əvvəlki ilə nisbətən 844 mln. manat (10,6 faiz) çoxdur.