2024-cü ilin sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ötən il ərzində 396,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 160 min şəxs münasib işlərlə təmin olunub, 17,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
2024-cü ildə 15,6 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub. Ötən il Agentlik tərəfindən 203,8 min şəxsə peşəyönümü xidmətlər də göstərilib.