Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Bu ilin 1 fevral tarixinədək həmin sosial təminat növləri üzrə 694 min (o cümlədən pensiya üzrə 107 min, müavinət və təqaüdlər üzrə 587 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Bununla da vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan, həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.