2023-cü ilin yanvar-oktyabr ayları ərzində 140 minə yaxın pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb. Onlardan 25,9 mini pensiya, 114 mini müavinət və təqaüd təyinatı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşlara hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən qeyd olunan sosial ödənişlərin e-sistem üzərindən təyinatının aparılmasını təmin edir.
Ümumilikdə ötən dövrdə 640 min pensiya, müavinət, təqaüd proaktiv təyin olunub.