Yanvar ayının sosial göstəriciləri
Bu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3,9 min şəxsə əlillik təyin edilib.
Onlardan 1,9 mininə ilkin, 2 mininə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub.
Son bir ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 8,6 min şəxsə reabilitasiya xidməti göstərilib.