Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş üç ailə olmaqla daha 8 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmət müəssisəsinə yerləşdirilib.
Agentliyin sosial işçi və psixoloqu tərəfindən 8 nəfər repatriantın hər biri ilə bağlı sosial-psixoloji qiymətləndirmə aparılıb. Bunun əsasında müvafiq sosial reabilitasiya planı hazırlanaraq sosial reabilitasiya tədbirlərinə başlanıb.
Repatriantlar müəssisədə sosial-reabilitasiya xidmətləri ilə təmin edildikdən sonra qohumlarına təhvil veriləcək.
Sosial-reabilitasiya və reinteqrasiya tədbirləri şəxslərin yaşadıqları ərazi üzrə Sosial Xidmətlər Agentliyinin müvafiq regional filialları tərəfindən digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində davam etdiriləcək.