I rübün sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2024-cü ilin ilk rübü ərzində 800 minədək müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 900 min dəfə istifadə olunub. 50,9 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Həmçinin Nazirliyin fəaliyyət sahələrinə dair 100 minədək e-arayış verilib, 23 min sosial sığorta nömrəsi e-qaydada açılıb.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 3 ayında Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 140 milyon olub.