2023-cü ilin sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-cü ildə 18 mln. müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 8 mln. dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 238 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 0,4 mln. e-arayış verilib.
Ötən il ərzində ümumilikdə Nazirliyin informasiya bazalarına 422 mln. e-sorğu və müraciət qeydə alınıb.