Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əmək Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində tələb olunan dəyişikliklər mövzusunda işəgötürənlərlə araşdırmanın nəticələri” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Nazirliyin nümayəndələri, Nazirlik yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, mütəxəssis və ekspertlər iştirak ediblər.
Tədbir iştirakçılarına əmək münasibətləri sahəsində normativ hüquqi aktlar üzrə görülmüş işlər barədə məlumat verilib, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində davamlı işlərin həyata keçirildiyi qeyd edilib.
Araşdırma nəticələri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində görülən işlər və gözlənilən layihələr barədə fikir mübadiləsi aparılıb. Bu sahədə normativ hüquqi bazanın mütəmadi təkmilləşdirilməsi işlərinin qarşıdakı dövrdə də davam edəcəyi bildirilib.
Əmək məcəlləsinə edilən dəyişikliklərin layihələrinin hazırlanması zamanı sosial tərəfdaşlar olan işəgötürənlərin də təkliflərinin nəzərə alındığı, bu məqsədlə vaxtaşırı olaraq sosial dialoq müstəvisində onlarla görüşlərin keçirildiyi diqqətə çatdırılıb.
Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların rəy və təklifləri dinlənilib.