Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin (GROWTH LAB) nümayəndələri ilə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar və bu islahatların nailiyyətləri barədə məlumat verib. Sosial təminat sisteminin gücləndirilməsi, həssas qrupların sosial müdafiəsi, aktiv məşğuluq proqramlarının genişləndirilməsi istiqamətində əldə olunan irəliləyişlər diqqətə çatdırılıb.
Azərbaycanın sosial sahədə uğurlu islahat nümunələrindən biri olan və beynəlxalq səviyyədə də yüksək dəyərləndirilən DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar diqqətə çatdırılıb.
Mərkəzin tədqiqatçıları Corc Tapia və Alexandro Rueda Sanz ölkəmizdə aparılan sosial islahatlarla bağlı müsbət fikirlərini ifadə ediblər.
Qonaqların sualları cavablandırılıb, əmək və məşğulluq, sosial müdafiə sahələrində həyata keçirilən islahatlara dair fikir mübadiləsi aparılıb.