Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zeynallı Rəşad Qiyas oğlunun ailəsini ziyarət edib.
Qubadlı rayonu uğrunda döyüşlərdə şəhid olan Rəşad Zeynallı Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Nazir müavini dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranlarının geniş miqyaslı sosial dəstək tədbirləri ilə əhatə olunduğunu vurğulayıb. O, şəhid Rəşad Zeynallının ailə üzvlərinin də bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib və ailəyə sosial ödənişlər təyin olunub. Həmçinin şəhidin ailə üzvünün məşğulluğuna dəstək göstərilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!