Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid Natiq İsmayılovun ailəsi ilə görüşüb.
44 günlük Vətən müharibəsində şücaətlər göstərən Natiq İsmayılov döyüşlərin birində şəhid olub. Şərəfli döyüş yoluna görə bir sıra orden və medallarla təltif olunub.
Görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilir. Şəhid Natiq İsmayılovun ailəsi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib. Şəhidin ailəsinə birdəfəlik sığorta ödənişi və maddi yardımlar verilib və ailə Prezident təqaüdü və pensiya ilə təmin edilir.
Nazir müavini şəhid Natiq İsmayılovun xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!