Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev iyunun 14-də Şamaxı rayonunda Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında müharibə veteranları da olub.
H.Abdullayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.