Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azad Hümbətovun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Azad Hümbətova “Vətən Müharibəsi Qəhrəmanı”adı verilib, o, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif olunub.
Görüşdə şəhidin xatirəsi yad edilib və onun daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Nazir müavini dövlət başçısının tapşırığına əsasən şəhid ailələri və müharibə veteranları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərini qeyd edib, şəhid Azad Hümbətovun ailəsinin bundan sonra da hər zaman dövlətin qayğısı ilə əhatə olunacağını bildirib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ikiotaqlı mənzillə təmin edilib, ailəyə sosial ödənişlər təyin olunub, ailə üzvünün məşğulluğuna dəstək göstərilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!