Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Dəstək Mərkəzi “Bölgələrdə müharibədən əziyyət çəkmiş qadınların psixoloji reabilitasiyasına və şəxsi inkişafına dəstək” layihəsinə başlayıb.
Layihənin məqsədi həmin xanımların müharibə nəticəsində üzləşdikləri psixoloji sarsıntılar, travmalar və s. bu kimi fəsadların aradan qaldırılmasına, psixoloji sağlamlıqlarının bərpasına, yeni bacarıqlar qazanmaları və şəxsi inkişafına dəstək olmaqdır.
Layihəyə Tovuz və Beyləqan rayonlarında yaşayan, müharibə nəticəsində ailə üzvünü itirmiş 20 qadın cəlb olunub. Onlara psixoloji reabilitasiya xidmətləri göstərilməklə, müasir inkişafyönümlü bacarıqlar üzrə təlimlərə də cəlb olunublar.