Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 481 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 536 mln. manat, Prezident təqaüdləri üzrə 343 mln. manat ödənilib.
Cari ilin 6 ayında 74 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 644 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.