5 ayın sosial göstəriciləri
Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 479 min nəfərə sosial müavinət, 397 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 429 mln. manat, Prezident təqaüdləri üzrə 266 mln. manat ödənilib.
Cari ilin 5 ayında 62 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 632 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.