Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərinin rayonları üzrə “Məşğulluq orqanlarının əməkdaşları üçün karyera imkanlarının artırılması” mövzusunda təlimlər keçirilir.
Dörd gün davam edəcək təlimlərdə Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarının Məşğulluq Mərkəzlərinin mütəxəssisləri iştirak edir.
Məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə xidmətlərin keyfiyyətinin artırılması üçün kadr potensialının gücləndirilməsi, əməkdaşların bilik və peşəkarlıqlarının yüksəldilməsinə xüsusi diqqət edilir. Ekspertlərin və psixoloqların iştirakı ilə keçirilən bu təlimlərin məqsədi də əməkdaşların müvafiq fəaliyyət sahəsində dünya təcrübəsini öyrənməsi, peşəkarlıqlarının yüksəldilməsidir.