Bu dəfəki təlim “Əlillik sahəsində göstərilən xidmətlər və əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası” mövzusunda olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən növbəti “Sosial Jurnalistika” təlimi keçirilib.
Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində təşkil edilən iki günlük təlimdə 8 media qurumundan jurnalistlər iştirak edib.
Bu dəfəki təlim “Əlillik sahəsində göstərilən xidmətlər və əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası” mövzusunda olub. Media nümayəndələrinə son illər əlillik və reabilitasiya sahələrində aparılan islahatlar, əlilliyin qiymətləndirilməsi prosesi, reabilitasiya mərkəzləri və bu mərkəzlərdə göstərilən xidmətlər haqqında məlumat verilib. Jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək üçün workshop keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqları cavablandırıb, bu mövzuda press-relizlər hazırlayıblar.
Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
“Sosial Jurnalistika” təlimlərinin təşkili media nümayəndələrinin sosial müdafiə sahələrinə dair mövzular üzrə dolğun məlumatlandırılması və bu mövzulara yanaşmada peşəkarlıq səviyyəsinin artırılması, sahəvi biliklərinin inkişaf etdirilməsi, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.