Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” iştirakçılarına biznes mükafatlarının təqdim edilməsini nəzərdə tutan yeni layihəyə start verilir.
2025-ci ilin sonuna qədər davam edəcək layihə çərçivəsində elektron müraciət formasını doldurmuş və qalib seçilmiş ümumilikdə 280 sahibkar biznes mükafatları ilə təmin ediləcək.
Layihə regionlar üzrə mərhələli şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə ”Məşğulluğa Dəstək Layihəsi”nə cəlb olunmuş və 1 ildən artıq fəaliyyəti olan benefisiarları müraciət edə bilərlər.
Layihəyə aşağıda qeyd edilən meyarlara cavab verən sahibkarlar müraciət edə bilərlər:
• Qeydiyyata alınmış vergi ödəyicisi olan;
• Özünüməşğulluq proqramı çərçivəsində birinci ilin biznes planını uğurla tamamlamış;
• Son 12 ay ərzində bütün hüquqi və vergi tələblərinə tam şəkildə riayət etmiş və cəriməsi olmayan;
• Fəaliyyətdə olan biznesi inkişaf etdirməsi üçün əlavə əmlaka ehtiyac duyan;
• Biznesin inkişafı üçün biznes planı təmin edə biləcək;
• "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində 2021-ci il dekabr ayından başlayaraq istehsal və xidmət sahələri üzrə əmlakla təmin olunmuş benefisiarlar.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə bu tələblərə cavab verən sahibkarlar 2023-cü ilin 11 avqust tarixinədək aşağıda qeyd edilən linkə daxil olaraq layihəyə müraciət edə bilərlər.
https://dma.gov.az/mesgulluga-destek-layihesi-heveslendirme-ve-biznes-mukafatlarina-muraciet-formasi
Qeyd edək ki, təqdim ediləcək biznes mükafatları yalnız faktiki biznesin genişləndirilməsi üçün istifadə edilə bilər.
Göstərilən platformalarda paylaş: