Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 12 minə yaxın şəxsə aktivlər verilərək kiçik biznesləri yaradılıb.
Özünüməşğulluq proqramının genişlənməsində mühüm dəstək olan layihə işsiz kimi qeydiyyata alınmış əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar, keçmiş məcburi köçkünlər və digər həssas qrupları əhatə edir.
Həmin şəxslər üçün layihənin ilk mərhələsində təlimlər təşkil edilir. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslər istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin olunurlar.
Layihə çərçivəsində 22 min şəxs üçün kiçik bizneslərin qurulması nəzərdə tutulub.