Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” ilə bağlı Sumqayıt şəhərində ictimai dinləmə keçirilib.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən işsiz və işaxtaran şəxslərə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır.