Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti təlim olub.
Təlim müraciətlərə baxılması mexanizmi ilə bağlı olub. Beynəlxalq ekspert cəlb olunmaqla keçirilən təlimdə Nazirliyin və tabeliyindəki DOST Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, “142” Çağrı mərkəzinin müraciətləri ilə işləyən əməkdaşları iştirak edib.
Müvafiq mövzuda məlumatlılığı artırmaq məqsədi daşıyan təlimdə müraciətlərin müəyyən olunmuş kateqoriyalar üzrə çeşidlənməsi, Dünya Bankının tələblərinə uyğun olaraq məlumatların təhlil olunması və s. ilə bağlı məlumatlar təlim iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçıları maraqlandıran suallar da cavablandırılıb və qeyd edilən mexanizmin təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilib.