Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barədə növbəti ictimai dinləmə Gəncə şəhərində keçirilib.
İşsiz və işaxtaran şəxslərin iştirakı ilə keçirilən tədbir layihə barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədi daşıyıb.
Tədbirdə layihənin məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları haqqında məlumat verilib. İştirakçılar layihəyə müraciət və layihədə iştirak qaydaları barədə məlumatlandırılıb.
Onları maraqlandıran suallar da cavablandırılıb, layihədə iştirak etmək istəyən şəxslərə müvafiq tövsiyələr verilib.