Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” üzrə iştirakçıların avadanlıqlarla təminatı işləri davam edir.
Layihə çərçivəsində daha 800-dək işsiz şəxsə seçdikləri istehsal və xidmət sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb.
Həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) kiçik biznesə yiyələnmələrinə imkan yaradan “Məşğulluğa Dəstək Layihəsi”, həmçinin özünüməşğulluq proqramının təkmilləşdirilməsinə də dəstək məqsədi daşıyır.
2025-ci ilə qədər davam edəcək layihə üzrə ümumilikdə 22 min şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlim sonunda keçirilən qiymətləndirmə prosesində isə biznes planlarını müdafiə edən şəxslərə seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.