Mediasiya Şurasının üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialında olublar.
Burada mediatorlara “DOST Evi”nin fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, “DOST Evi” sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcılıq potensialının inkişafına, onların rifahının yaxşılaşdırılmasına xidmət edərək, bölgədə milli sənətkarlığın inkişafı istiqamətində də mühüm rol oynayır.
“DOST Evi”nin bölgədə müvafiq peşə hazırlığı kursları üçün təlim bazası rolu oynamaqla yanaşı, özünüməşğulluq layihələrinin icrasına da dəstək olması barədə məlumat verilib.
Qonaqlar 10 yaradıcılıq istiqaməti üzrə 6 emalatxanada həssas kateqoriyalardan olan şəxslər üçün yaradılmış şəraitlə tanış olublar.
Mediatorlar Sərgi və Satış Mərkəzində olub, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının və təlimçilərinin əl işlərindən ibarət sərgiyə baxıblar.