Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Lənkəran şəhərində ictimai dinləmə keçiriləcək.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək.
İctimai dinləmə 5 oktyabr 2023-cü il tarixində saat 12:00-da Nazirliyin tabeliyindəki Dövlət Məşğullluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialında (Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi 118A) keçiriləcək.