Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malik olan və 5 yaşı tamam olan “Könüllü DOST” proqramına ötən dövrdə 112536 müraciət olub, 4835 nəfər proqrama cəlb edilib.
Onlardan böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə könüllülük fəaliyyətinə cəlb edilən gənclərdən ibarət olub.
Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST” (yaşlılar üçün), “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları fəaliyyət göstərir.
Proqramın iştirakçıları DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, habelə vətəndaş axınının idarə edilməsi və vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərir.
Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər qazanmalarına, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlar atmalarına imkan yaradır.
“Könüllü DOST” proqramı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə bu proqram Beynəlxalq Sosial Təminat Assosiasiyasının xüsusi mükafatlarına layiq görülüb. Həmçinin “Global HR Summit 2023” beynəlxalq müsabiqəsinin “Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası” kateqoriyası üzrə qalibi olub.