9 ayın sosial göstəriciləri
Ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayan “Könüllü DOST” proqramına bu ilin 9 ayı ərzində 23544 müraciət olub, 1112 nəfər proqrama cəlb edilib. Müraciətlərin böyük əksəriyyəti “Gənc DOST” altproqramı üzrə olub.
Ümumilikdə “Könüllü DOST” proqramı “Gənc DOST”, “Gümüşü DOST”, “Distant DOST”, “Korporativ DOST”, “İnklüziv DOST” kimi altproqramları əhatə edir.
Proqrama cəlb olunan şəxslər DOST mərkəzlərində vətəndaşların qarşılanaraq xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının idarə edilməsi, vətəndaşların məlumatlandırılması və s. işlərdə köməklik göstərirlər.
Könüllük fəaliyyəti eyni zamanda onların xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişaf və karyera yolunda ilk uğurlu addımlarını atmalarına imkan yaradır.