Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Azərxalça” ASC-nin İsmayıllı filialında “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
Tədbir zamanı əmək qanunvericiliyində iş vaxtının növləri və iş vaxtının rejimi ilə bağlı əksini tapan prinsiplər diqqətə çatdırılıb. Tam iş vaxtı və onun müddəti, əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün iş vaxtının qısaldılmış müddəti, həftəlik tam iş vaxtının müəyyən edilməsi, qısaldılmış iş vaxtı, iş vaxtının cəmlənmiş uçotu, iş vaxtından artıq işlərə yol verilən müstəsna hallar, iş vaxtının uçotu, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları və s. barədə məlumat verilib.