Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir.
Bu proqramların bir istiqaməti olaraq, Agentlik:
Laçın şəhəri və Laçının Zabux, Sus, Bəylik, Giləbird kəndləri,
Şuşa şəhəri və Şuşanın Turşsu qəsəbəsi,
Füzuli şəhəri və Füzulinin Dövlətyarlı kəndi,
Zəngilan şəhəri və Zəngilanın Ağalı, Cahangirbəyli kəndləri,
Cəbrayıl şəhəri və Cəbrayılın Horovlu, Şükürbəyli kəndləri,
Kəlbəcər şəhəri,
Xocalı şəhəri və Xocalının Malıbəyli kəndi,
Xankəndinin Kərkicahan qəsəbəsi,
Qubadlının Mahruzlu, Zilanlı kəndləri,
Ağdərənin Talış, Suqovuşan, Umudlu kəndləri,
Ağdamın Xıdırlı, Kəngərli,Sarıcalı kəndləri,
Xocavəndin Xocavənd kəndi
üzrə peşə hazırlığı kursları təşkil edir.
Peşə kurslarına həmin yaşayış məntəqələrinə artıq köçürülmüş, habelə bu il ərzində köçürülməsi nəzərdə tutulan işsiz və ya işaxtaran şəxslər müraciət edə bilər.
Kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrinə aid peşələr üzrə təşkil olunan kurslarda iştirak etməklə siz əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək və həmin peşələr üzrə işlə təmin olunmaq imkanı qazanacaqsınız.
Peşə hazırlığı kurslarına:
DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək,
və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölməsindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə bilərsiniz.
Kursların müddəti 6 aya qədərdir və kurslarda iştirak ödənişsizdir.
Peşə hazırlığı kursları işğaldan azad edilmiş digər ərazilərimizin sakinləri üçün də təşkil ediləcək.
Video linkinə keçid: https://youtu.be/ouzlLy_pwug