Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində bu ilin ötən dövründə 89 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib.
Onlardan 52-si insan alveri qurbanı, 37-si isə insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdir.
Mərkəzdə sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyət tərəfindən həmin şəxslər üçün fərdi sosial reabilitasiya planı tərtib edilib və müvafiq tədbirlər həyata keçirilib.
Burada, həmçinin onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.