Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən növbəti aksiyada Mərkəzin rəhbər heyəti, əməkdaşları, təlimçi və benefisiarları, “İnklüziv DOST” könüllüləri iştirak ediblər.
Aksiya çərçivəsində Mərkəzin həyətyanı sahəsində iqlim şəraitinə uyğun 30 eldar şamı və zeytun ağacı əkilib. Yeni əkilən ağaclar suvarılıb və mühafizəsi üçün müvafiq işlər görülüb.
Məqsəd Ulu Öndərin təbiətə qayğı və yaşıllaşdırma ənənələrini davam etdirmək, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitə töhfə verməkdir.