Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı yeni videoçarx hazırlanıb.
Videoçarxda uşaqlara qayğı sahəsində dünyada geniş yayılmış təcrübələrdən olan, dövlət müəssisələrindəki uşaqların ailə mühitində böyüməsinə zəmin yaradan himayədar ailə modelinin bir nümunəsi əks olunur.
Bu gün, 11 oktyabr - Beynəlxalq Qızlar Günündə təqdim etdiyimiz videoçarx eyni zamanda qız uşaqlarının dəyərini, bir ailənin həyatına xoşbəxtlik qatan dəyərli bir nemət olduğunu da təcəssüm etdirir.