Böyük Qayıdış proqramı üzrə Füzuli şəhərinə köçürülən sakinlərin də məşğulluğuna dəstək işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Füzuli şəhərinə köçürülən 258 ailənin əmək qabiliyyətli üzvləri ilə ünvanlarında görüşlər keçirib.
Onlardan işsiz və işaxtaran olan şəxslərin məşğulluq imkanları qiymətləndirilib, onlara aktiv məşğulluq proqramları (özünüməşğulluq proqramı, peşə hazırlığı kursları, işədüzəltmə tədbirləri və s.) barədə məlumatlar verilib.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq qeyd edilən proqramlar çərçivəsində artıq 59 nəfər işlə təmin edilib, 16 sakinin isə özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır.