Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) növbəti dəfə beynəlxalq uğur qazanıb.
ƏMAS Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Cenevrədə təşkil etdiyi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2024” tədbiri çərçivəsində keçirilən müsabiqədə də “Çempion layihə” elan olunub.
Müsabiqədə 112 ölkədən 1050 rəqəmsal layihə iştirak edib ki, onlardan 90 layihə (o cümlədən ƏMAS) "Çempion layihə" seçilib.
https://www.itu.int/net4/wsis/stocktaking/Prizes/2024/Champions?jts=6IT6LN&idx=15&page=11
“Çempion layihə”lər üzrə mükafatların təqdimetmə mərasimində ƏMAS-la bağlı "Çempion layihə" mükafatı Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.
Xatırladaq ki, BTİ-nin ötənilki İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin müsabiqəsində də ƏMAS, habelə e-sosial.az portalı “Çempion layihə” elan olunmuşdular.