9 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-ci ilin 9 ayında 13,3 milyon müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,3 milyon dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 178 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 300 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Yanvar-sentyabr aylarında ümumilikdə Nazirliyin informasiya bazalarına 278 milyon e-sorğu və müraciət qeydə alınıb.