8 ayın sosial göstəriciləri
Nazirliyin informasiya bazalarına e-sorğu sayı 203 milyon olub, 119,9 min pensiya, müavinət, təqaüd proaktiv təyin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-ci ilin 8 ayında 12,2 milyon müraciət qeydə alınıb.
Bu il də e-təyinatlar davam edib, 119,9 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, e-qaydada 194 min fərdi şəxsi hesab açılıb.
Nazirliyin fəaliyyət sahələrinə dair elektron arayış xidmətləri vasitəsilə 259 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlar tərəfindən bu ilin 8 ayında Nazirliyin informasiya bazalarına edilən sorğu sayı 203 milyon olub.