Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-ci ilin 11 ayında 17,2 milyon müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 7,3 milyon dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 217 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 355 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Yanvar-noyabr aylarında ümumilikdə Nazirlikdə 368 milyon e-sorğu, müraciət və xidmət sayı qeydə alınıb.