Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə 2023-ci ilin 10 ayında 15,5 milyon müraciət qeydə alınıb.
Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 6,7 milyon dəfə istifadə olunub.
Sosial ödənişlər üzrə 198 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, Nazirliyin fəaliyyət sahələrinə dair 319 min e-arayış verilib.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Yanvar-oktyabr aylarında ümumilikdə Nazirliyin informasiya bazalarına 322,3 milyon e-sorğu və müraciət qeydə alınıb.