Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən təşkil olunan dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışının nəticələri acıqlanıb.
Qadınlar arasında keçirilən stolüstü tennis yarışmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qumru Həsənova, Fərəh Babayeva və Aygün Səfərova tennis bacarıqları ilə fərqləniblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət qurumları əməkdaşlarının stolüstü tennis yarışında qadınlar arasında ikinci yerə layiq görülüb.
"İdman həftəsi" çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında keçirilən yarışda ümumilikdə 60 əməkdaş olmaqla 21 komanda mübarizə aparıb.