5 ayın sosial göstəriciləri
Bu ilin yanvar-may ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 45,8 min müqavilə və ya 2,5 faiz artaraq 1 mln. 854 min 607-yə çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 5 ayda əməkhaqqı fondunda daha 4,7 faiz artım qeydə alınıb.
Ümumilikdə son beş ildə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib.