Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər bu il də əmək müqavilələrinin sayında artıma imkan verib.
2023-cü ilin yanvar-oktyabr aylarında ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 44,5 min müqavilə və ya 2,6 faiz artaraq 1 mln. 791 minə çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Bu ilin 10 ayında əməkhaqqı fondunda daha 13 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 35 faiz, əməkhaqqı fondunda 2,6 dəfə artım baş verib.