6 ayın göstəriciləri
Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 43 min müqavilə və ya 2,4 faiz artaraq 1 mln. 851 min 588-ə çatıb.
Əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir. Son 6 ayda əməkhaqqı fondunda daha 4,9 faiz artım qeydə alınıb.