Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemində mövcud olan əmək müqavilələrinin 65412-si əlilliyi olan şəxslərlə bağlanılıb.
Onlardan 40 806-sı dövlət, 24 606-sı isə qeyri-dövlət sektorunda çalışır. Həmin şəxslər ən çox təhsil, səhiyyə, sosial müdafiə, topdan və pərakəndə ticarət və s. kimi fəaliyyət növləri üzrə əmək fəaliyyətinə cəlb olunublar.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏMAS üzərindən əmək hüquqlarının təminatına, həmçinin işləyən əlilliyi olan şəxslərin hüquqlarının, əmək münasibətləri sahəsində güzəşt və təminatlarının icrasına daimi dövlət nəzarəti həyata keçirilir.