6 ayın göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 6 ayında əlilliyi olan 53 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Onlardan 26,1 mini ambulator, 13,8 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında əlilliyi olan 7,7 min şəxsə 58,4 min reabilitasiya vasitəsi də verilib.