Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 45 şəxs yollayışla təmin olunaraq müalicə mərkəzinə yola salınıb.
Onlar xəstəliklərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasındakı “Darıdağ” Arsenli Su Müalicəxanasında bərpa-müalicə kursu keçəcəklər. Həmin şəxslər sırasında əlilliyi olan uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndərilib.
Agentlik tərəfindən bu ilin ötən dövründə 200-dən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.