Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəqəmsal layihələrindən biri olan “Əlillik” altsistemi 50-dən çox ölkədən 18 kateqoriya üzrə 168 layihənin iştirak etdiyi “Avropa Müxtəliflik Mükafatı 2023” müsabiqəsində mükafata layiq görülüb.
Həmin altsistem müsabiqənin “İlin Texnologiyada Müxtəliflik Təşəbbüsü” kateqoriyasında münsiflər heyəti tərəfindən “Yüksək Qiymətləndirilmiş” layihə kimi seçilib.
https://www.optumeuropeandiversityawards.com/
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən “Əlillik” altsisteminin üstünlükləri, əlilliyin qiymətləndirilməsində şəffaflıq, obyektivlik və çevikliyin təminatında mühüm rolu barədə müsabiqəyə ətraflı məlumatlar təqdim edilib.
Müsabiqənin qiymətləndirmə komandası tərəfindən bu altsistemin funksional imkanları yoxlanılaraq, müsabiqənin finalçılar siyahısına həmin altsistem də daxil edilib və yekunda yekdil qərarla "Əlillik" altsistemi də müsabiqənin qalibləri siyahısında yer alıb.
Böyük Britaniyanın 2010-cu ildən fəaliyyət göstərən “Avropa Müxtəliflik Müsabiqəsi” təşkilatının hər il keçirdiyi müsabiqələr bərabərlik, müxtəliflik və inklüzivlik gündəmində əsl fərq yaradan şəxsləri və təşkilatları müəyyən etmək məqsədi daşıyır.