Ötən dövrdə portaldan istifadə sayı 82,7 milyondan çox olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu ildə istifadəyə verilən “e-sosial” internet portalının hazırda 1 milyon 520 minədək aktiv istifadəçisi var.
Geniş funksionallığa malik “e-sosial” internet portalı ölkənin vahid sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.
Portal üzərindən həmçinin pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək mümkündür.
Qeyd edilənlərin nəticəsi olaraq portala maraq daim artmaqda davam edir. Ötən dövrdə “e-sosial” internet portalından istifadə sayı 82,7 milyonu ötüb.