6 ayın göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 6 ayında proqnozla müqayisədə 4 faiz və ya 131 mln. manat çox olmaqla 3 mlrd. 408 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 7 faiz və ya 187 mln. manat artaraq 2 mlrd. 763 mln. manat olub.
Yanvar-iyun aylarında DSMF-nin xərcləri 3 mlrd. 419 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 410 mln. manat çoxdur.